Bakıda taksi sürücüsünü qətlə yetirən dəstənin məhkəməsi yekunlaşdı


Digərləri 07 Okt 2019 15:16:47 291 0

Bakıda taksi sürücüsünü qətlə yetirən dəstənin məhkəməsi yekunlaşdı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şamil Fətiyev, Nurlan Bağırov və Səddam Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şamil Fətiyev, Nurlan Bağırov və Səddam Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. İş üzrə növbəti məhkəmə prosesi oktyabrın 21-nə təyin edilib. İttihama görə, ötən il avqustun 27-də paytaxtda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Ş.Fətiyev, N.Bağırov və S.Hüseynli saxlanılıb.