Bakıda keçirilən yarmarkada 20 tondan artıq bal satılıb


Digərləri 07 Okt 2019 15:01:00 259 0

Bakıda keçirilən yarmarkada 20 tondan artıq bal satılıb

Bal yarmarkasının ilk 10 günündə 20 tondan artıq bal satılıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC mərkəzinin mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, yarmarka öz gedişatı ilə davam etdirilir:

"Müşahidələrimiz onu göstərir ki, ən çox satılan ballar daha çox dağlıq ərazilərdə hazırlananlardır. Alıcılara artıq məhsulları onlayn sifariş etmək imkanı da yaradılıb və metrostansiyalara çatdırılma ödənişsiz həyata keçirilir".

M.Musayev satıcılara yaradılan yeni şaraitdən də danışıb: