İranda neft şirkətinin avtobusu aşdı:


Dünya 07 Okt 2019 14:47:00 256 0

İranda neft şirkətinin avtobusu aşdı:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan rayonunda neft şirkətinin işçilərini aparan avtobus aşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti Abadan rayonunun təcili yardım idarəsinin rəhbəri Əmin Mənsur deyib.

Ə.Mənsurun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Abadan-Mahşəhr youlnda baş verib.

İdarə rəhbəri əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.