Neftçalada Kürə körpə nərə balıqları buraxılıb (FOTO)


Digərləri 07 Okt 2019 14:48:00 304 0

Neftçalada Kürə körpə nərə balıqları buraxılıb (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Az Varvara” MMC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda nərə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və “Az Varvara” MMC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda nərə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib. ETSN-dən Trend-ə verilən məlumata görə, təşkil olunan mərasimdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala rayon İcra Hakimiyyətinin, “Az Varvara” MMC-nin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. “Az Varvara” MMC-nin Balıqyetişdirmə Təsərrüfatında yetişdirilmiş çəkisi 40 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb. Qeyd edək ki, oktyabr ayının sonunadək, ümumilikdə 30 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin təlabatına uyğunlaşdırılmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir.