Neft şirkətinin avtobusu aşdı, ölən və yaralanan var


Digərləri 07 Okt 2019 12:29:00 231 0

Neft şirkətinin avtobusu aşdı, ölən və yaralanan var

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan rayonunda neft şirkətinin işçilərini aparan avtobus aşıb.

Bakı. Elnur Bağışov - İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan rayonunda neft şirkətinin işçilərini aparan avtobus aşıb. Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Abadan rayonunun təcili yardım idarəsinin rəhbəri Əmin Mənsur deyib. Ə.Mənsurun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Abadan-Mahşəhr youlnda baş verib. İdarə rəhbəri əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər həlak olub, 21 nəfər yaralanıb.