RİİB-in dəstəyi ilə çap olunan “Həftə-həftə hamiləlik” kitabının təqdimatı olub (FOTO)


Digərləri 07 Okt 2019 11:09:39 240 0

RİİB-in dəstəyi ilə çap olunan “Həftə-həftə hamiləlik” kitabının təqdimatı olub (FOTO)

“Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin müəllimləri tərəfindən hazırlanmış “Həftə-həftə hamiləlik” kitabının Bakı Kitab Mərkəzində təqdimat mərasimi keçirilib.

Bakı. “Hamiləlikdə İnkişaf Portalı”nın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin müəllimləri tərəfindən hazırlanmış “Həftə-həftə hamiləlik” kitabının Bakı Kitab Mərkəzində təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Ülviyyə Əkbərova “Hamiləlikdə İnkişaf Portalı”nın imkanları, istifadəçilərə faydasından, tətbiq olunan yeniliklərdən danışıb. Bugünədək portal çərçivəsində hamilə xanımların maarifləndirilməsi məqsədi ilə müxtəlif məlumat sessiyalarının, psixoloji konsultasiyaların və təlimlərin keçirildiyini və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev qadınların övlad sahibi olmazdan əvvəl maariflənməsi, sosial fəallığının artırılması, doğuşa psixoloji və tibbi hazırlığının mühüm şərt olduğunu bildirərək, “Hamiləlikdə İnkişaf Portalı” və “Həftə-həftə hamiləlik” kitabının bu baxımdan əhəmiyyətindən danışıb. İştirakçılara “Hamiləlikdə İnkişaf Portalı”nın fəaliyyətinə dəstək məqsədi ilə hazırlanmış kitabın əhatə etdiyi mövzular barədə məlumat verilərək, nəşrin bütün xanımlar üçün anlaşıqlı olan sadə dildə yazıldığı və uyğun qrafik şəkillərlə dolğun izah olunduğu diqqətə çatdırılıb.