Təyyarə qəzaya uğrayıb, ölənlər var


Dünya 07 Okt 2019 08:26:00 273 0

Təyyarə qəzaya uğrayıb, ölənlər var

İrlandiyanın cənub-şərqində yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə bazar günü yerli vaxtla saat 5.45-də kənd ərazisindəki bir sahədə baş verib.

Qeyd edək ki, təyyarədə partlayış baş verməsi nəticəsində qəza meydana gəlib.

Hadisə yerində xilasetmə xidmətləri işləyir. Polis hadisə ilə əlaqədar istintaq aparır.