SSRİnin ilk seks manyakı haqqında DƏHŞƏTLİ FAKTLAR 42 zorlama, 9 qətl və...


Digərləri 07 Okt 2019 07:00:00 529 0

SSRİnin ilk seks manyakı haqqında DƏHŞƏTLİ FAKTLAR  42 zorlama, 9 qətl və...

SSRİ-nin ilk seks manyakını tapmağı Leonid İliç Brejnev şəxsən özü tələb etdi. Ona görə minlərlə polis işsiz qaldı.

Necə oldu ki, gizli hərbi zavodun perspektivli  əməkdaşı Aleksandr  Berlizov  zaman keçdikdən sonra Dnepropetrovsk şəhərinin yuxusuna haram qatan  "Gecə iblisi" oldu.

Son.az ölkə.az-a istinadən bildirir ki, gənc, perspektivli Aleksandr gündüzlər zavodda çalışırdı, qaranlıq düşən kimi  şəhərdə qadınlara hücum edərək, əhali üçün sözün əsl mənasında dəhşətə çevrildi. Belə ki, Aleksandr Berlizov 42 qadını zorlayıb, 9 nəfəri isə öldürüb. Onun tapılması üçün SSRİ-nin Baş katibi L.İ.Brejnev şəxsən göstəriş verərək, prosesə müxtəlif bölgələrdən 3 min polisi səfərbər edir.

1946-cı ildə anadan olan Berlizov  peşə məktəbini bitirdikdən sonra,  o zaman gizli zavod "Yujmaş"da elektrik montajçısı kimi işə düzəlir. Bu zavodda  kosmik raketlər istehsal edi. Burada işə girmək Berlizov üçün çox böyük uğur sayılırdı. Bu zavodda işə girənləri  ciddi yoxlamadan keçirirdilər. 18 yaşlı gənc, hətta zavodun komsomol təşkilatına rəhbərlik edib.

Bununla paralel olaraq Berlizov kriminalistika ilə yaxından maraqlanamağa və müxtəlif cinayət işlərini praktik olaraq araşdırmağa başlayır. Hətta  zavoddan könüllü olaraq  cinayətkarları tutmaq üçün polisə yardım da edirdi.

Bəs necə oldu ki, Berlizov özü cinayətə sürükləndi?

Bax, bu indiyədək sirr olaraq qalmaqdadır. İstisna edilmir ki, bu gəncin də digər manyaklar kimi  əks cinslə münasibətlərində çətinlik olub.  O, ilk cinayət hadisəsini törədənə kimi hər hansı qızla münasibəti olmayıb.

Aleksandr ilk cinayətini 23 yaşında, 1969-ci ildə törədib. O, gecədən xeyli keçmiş işdən qayıdan qadına arxadan hücum edir. O, yaylıq ilə onu huşunu itirənədək boğur.

Bundan sorna onu zorlayır və sonda ona məxsus bəzi şəxsi əşyalarını götürür. 

Bundan sonra Aleksandrın qadınlara qarşı hücumu davamlı hal alır. Belə ki, qaranlıq düşən kimi Dnepropetrovskda küçələrdə tək gəzən qadınlara hücum edir.

Zərərçəkənlər hücuma məruz qalmaları ilə bağlı polisə şikayət edirlər. Dnepropetrovsk polisi ancaq bu cinayətlərin baş verməsindən iki il sonra qadınlara hücum edənlərin bir nəfər olduğunu başa düşür Buna baxmayaraq, Aleksandr daha tez-tez "ova" çıxırdı. O, hətta qurbanlarını öldürməyə başladı. Bir dəfə qurbanlarından birinin ona baxdığını gördüyünü bildiyindən ona yaşamaq haqqını verməyərək öldürüb.  Hansı "ovu" onun sifətini görürdüsə, onu mütləq öldürürdü.

(adsgarden = window.adsgarden || []).push({});