DİQQƏT: Övladınızın zehnini açacaq 10 qida


Digərləri 06 Okt 2019 23:15:00 432 0

DİQQƏT: Övladınızın zehnini açacaq 10 qida

Övladlarının məktəbdə yüksək nəticə göstərməsini istəyən valideynlər diqqətli olun.

Son.az yenicag.az-a istinadən bildirir ki, dietoloq Məryəm Berrin Akdan zehni açan və yaddaşı gücləndirən 10 qidanın adını açıqlayıb.

Yumurta: Yumurta yaxşı protein mənbəyidir, həmçinin, yaddaşın inkişafında mühüm rol oynayır. Hər gün 1 qaynadılmış yumurta səhər yeməyindən əskik olmamalıdır.

Balıq: Yağlı balıqlara beyinin inkişafı üçün zəruri olan omega-3 yağ turşuları daxildir. Uşaqlar həftədə iki dəfə balıqla qidalanmalıdır.

Yağlı toxumlar: Badam, fındıq, qoz, fıstıq beyin və yaddaşın inkişafında mühüm rol oynayır.

Təmizlənməmiş taxıllar: Bulqur və yulaf kimi təmizlənməmiş taxıllar, sinir sistemini sağlamlaşdıran bol miqdarda lif və vitamin B ilə zəngindir.

Paxlalı bitkilər: Zülal mürəkkəb karbohidratlar və liflə zəngindir. Paxlalı bitkilər həftədə iki dəfə uşaqların qida rasionuna daxil edilməlidir.

Çiyələk, böyürtkən, qırmızı qarağat: Bu meyvələr A və C vitaminləri ilə zəngindir. Tədqiqatlar bu meyvələrin yaddaşı gücləndirdiyini göstərir. Bu meyvələr qəlyanaltı kimi də istifadə edilməlidir.

(adsgarden = window.adsgarden || []).push({});