Kosmonavtlar haqda maraqlı FAKT:


Digərləri 06 Okt 2019 16:02:00 300 0

Kosmonavtlar haqda maraqlı FAKT:

Kosmonavtlar Yer kürəsindən uzaqda fərqli həyat tərzi keçirmək məcburiyyətindədir. Onlar başqa şərtlər altında yemək yeyir, yatır.

Son.az Bizimyol.info-ya istinadən xəbər verir ki, kosmonavtlar yuxarıda Yerə nisbətən daha yaxşı yatdıqlarını bildirirlər. Bu haqda rus astronavt Aleksandr Skvortsov danışıb.

"Çəkisizlikdə yatmaq daha rahatdır. Bir tərəfdən o biri tərəfə çevrilmək lazım gəlmir. Həmişə bir yüngüllük hiss edirsən", - kosmonavt belə deyib.

Skrovtsov yuxu görür. Amma ondan fərqli olaraq, Oleq Skripoçka bu məsələdən əziyyət çəkir. "Orada nadir hallarda yuxu görürəm. Bütün günü fikirləşməli olursan", - Skripoçka özünü bu cür ifadə edib.

(adsgarden = window.adsgarden || []).push({});