ABŞ-da atışma zamanı dörd nəfər həlak olub


Digərləri 06 Okt 2019 15:48:32 280 0

ABŞ-da atışma zamanı dörd nəfər həlak olub

ABŞ-ın Kanzas-Siti (Kanzas ştatı) şəhərində naməlum şəxs tərəfindən atəş açılıb

Bakı. ABŞ-ın Kanzas-Siti (Kanzas ştatı) şəhərində naməlum şəxs tərəfindən atəş açılıb. Trend-in məlumatına görə, bu barədə "NBC" teleşirkəti bildirib. Məlumata əsasən, hadisə nəticəsində ən azı dörd nəfər həlak olub, daha beş nəfər yaralanıb. Hadisə gecə saatlarında şəhər barlarından birində baş verib. Şübhəli bilinən şəxs bara daxil oub qonaqlara atəş açıb. Bildirilir ki, həmin şəxs hələd də azadlıqdadır.