Sabah hava necə olacaq?


Digərləri 06 Okt 2019 13:20:55 251 0

Sabah hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20° isti, gündüz 21-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi 751 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 %, gündüz 55-60 % olacaq.