Türkiyə bu 3 prinsipdən heç vaxt imtina etməyəcək


Dünya 06 Okt 2019 11:34:00 402 0

Türkiyə bu 3 prinsipdən heç vaxt imtina etməyəcək

Yeni insan haqları ilə bağlı plan hazırlanacaq. Bu, iqtidar olduğumuz dönəmə damğa vuracaq işlərdən biri olacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə AKP sözçüsü Ömər Çelik çıxış edib.

"Terrorla mübarizədə 3 prinsipdən heç vaxt imtina edilməyəcək: mübarizə fasiləsiz olaraq davam etdiriləcək, heç bir sahədə boşluq olmayacaq, terrorizmin mənbəyi qurudulacaq", - Çelik qeyd edib.

Çelik məhkəmə ilə bağlı islahatların aparılacağını, məhkəmə proseslərinin vətəndaşların xeyrinə sadələşdiriləcəyini deyib.