Kolumbiyada neft kəmərini partladıblar


Digərləri 06 Okt 2019 04:06:07 311 0

Kolumbiyada neft kəmərini partladıblar

Naməlum şəxslər Kolumbiyanın cənubunda bir neft kəmərini partladıblar

Bakı, Naməlum şəxslər Kolumbiyanın cənubunda bir neft kəmərini partladıblar. Trend-in məlumatına görə, hadisə Orito bələdiyyəsində Putumayo idarəsi ərazisində baş verib. Naməlum şəxslər dövlətə məxsus "Ecopetrol" boru xəttini pozmaq üçün partlayıcı maddələrdən istifadə edib. Partlayış nəticəsində yanacaq Guamuyes çayına düşüb. Neft şirkəti çirklənmə ilə bağlı artıq lazımlı tədbirlər görməyə başlayıb. Bölgədəki səlahiyyətlilər isə istintaqa başlayıblar. Qeyd olunurki, bu ilin əvvəlindən bu boru xəttinə 19 hücum olub.