Şimali Koreya ABŞ ilə danışıqları dayandırıb


Dünya 05 Okt 2019 23:36:00 375 0

Şimali Koreya ABŞ ilə danışıqları dayandırıb

İsveçdə keçirilən ABŞ və Şimali Koreya nümayəndə heyətləri arasında ikitərəfli görüş dayandırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şənbə günü İsveçin "Dagens Nyheter" qəzeti məlumat yayıb.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Kim Myung-Gil danışıqların dayandırılması ilə bağlı bunları deyib : "Danışıqlar masasına heç bir şey gətirməyən ABŞ-dan məyusuq" deyə o bildirib.

ABŞ-ın İsveçdəki səfiri Bil Martin bu məlumatı şərh edə bilməyib: "Maraqlıdır, amma bu barədə heç bir şərhim yoxdur. Mən özüm də bunu eşitməmişəm" Martin bildirib.