Sidikdə qan görünərsə


Digərləri 05 Okt 2019 23:03:00 351 0

Sidikdə qan görünərsə

Sidikdə qan tibdə hematuriya adlanır. Bu artıq sidik sisteminin xəstəliklərinə işarədir. Statistikaya görə, daha çox qadınlarda rast gəlinir. Bunun da səbəbi anatomik quruluşdadır, qadın sidik sistemi daha çox infeksiyalara məruz qalır.

Son.az medicina.az-a istinadən sidikdə qanın səbəbləri, hansı hallarda təcili həkimə getməli olduğunuzu təqdim edir

Hansı səbəbdən sidikdə qan olur?

Bu o halda baş verir ki, sidik sisteminə daxil olan orqanların birində: sidik kisəsi, sidik yolları, böyrəklərdə hansısa sahə müxtəlif agentlər tərəfindən zədələnsin.

Eləcə də yalançı hematuriya olur, hansı ki, əsas səbəb sidik orqanları yox, cinsiyyət orqanları, uşaqlıq, yumurtalıq, qonşu orqanlarda olur.

Kliniki tibbdə hematuriyanın 2 növü var:

-Masroskopik - insan öz gözü ilə asanlıqla sidikdə qanı, izlərini görür, sidiyin rəngi dəyişir, çəhrayı və ya qəhvəyi olur. -Mikroskopik - Sidikdə qan yalnız analizlərlə təyin olunur. İnsan özü heç nə görmür.

Birinci səbəb infeksiyadır:

Sidik ifrazat orqanlarının və yollarının infeksiyası səbəbindən insanlar, xüsusən qadınlar bütün ömürləri boyu 4-5dəfə hematuriya ilə üz-üzə qalırlar. Hətta infeksiya bağırsaqdan keçib uretranı zədələyə bilər

Simptomları:

-tez-tez ağrılı sidiyə getmə -Qaşınma, yanma, göynəmə -Sidiyin rəngi və qoxusunun pisləşməsi -Çanaq, qasıq və beldə ağrılar

İnfeksiya vaxtında aşkar olunmadıqda infeksiya irəliləyir, xronikləşir, ağırlaşmalar verə bilir.

(adsgarden = window.adsgarden || []).push({});