İmam Hüseynin ərəbə sualları və hədiyyəsi


Digərləri 05 Okt 2019 22:10:00 284 0

İmam Hüseynin ərəbə sualları və hədiyyəsi

Bir gün İmam Hüseyn (ə) Peyğəmbər (s) məscidinin bir küncündə əyləşmişdi. Bir ərəb ona yaxınlaşıb dedi: "Ey Allah Rəsulunun oğlu! Mən gərək diyə verəm, ancaq onu verməyə gücüm çatmır. Öz-özümə dedim ki, ən kərim insandan bu pulu istəyəcəyəm. Səndən kərim olanını tapa bilmədim".

İmam (ə) buyurur: "Ey ərəb qardaş! Mənim sənə 3 sualım olacaqdır. Əgər onun birinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisinə cavab versən, yarısını verəcəyəm. Əgər üç sualın üçünə də cavab versən, həmin pulun hamısını sənə verəcəyəm".

Ərəb deyir: "Sizin kimi bir insan mənə sual verəcəkdir? Siz ki, elm, şərafət əhlisiniz.

Sual verin. Əgər bilsəm, cavab verəcəyəm, yox, əgər bilməsəm, sizdən cavabını öyrənəcəyəm".

İmam (ə) buyurur: "Hansı əməl daha üstündür?".

Ərəb deyir: "Allaha iman bəsləmək".

İmam (ə) buyurur: "Müsibətdən çıxış yolu hansıdır?".

Ərəb deyir: "Allaha etimad edib, təvəkkül etmək".

İmam (ə) buyurur: "Hansı şey kişiyə zinət verər?".

(adsgarden = window.adsgarden || []).push({});