Şimali Koreya ilə danışıqların irəlliyişi haqqında danışmaq çox tezdir


Dünya 05 Okt 2019 22:11:00 289 0

Şimali Koreya ilə danışıqların irəlliyişi haqqında danışmaq çox tezdir

ABŞ dövlət katibi Maykl Pompeo, Stokholmda keçirilən Şimali Koreya ilə danışıqlarda irəliləyiş haqqında danışmaqın hələ çox tez olduğunu söyləyib.

Son.az Trend-ə istinadən bildirir ki, danışıqlarda böyük bir qrup və mütəxəssislər iştirak edir.

Pompeo Yunanıstanın xarici işlər naziri ilə danışıqlardan sonra Afinadakı mətbuat konfransında bunları bildirib: "Stokholmda Şimali Koreya ilə danışıqlarda hər hansı bir irəliləyiş haqqında danışmaq hələ çox tezdir. Ümid edirəm ki, Şimali Koreyanın prezidenti Kim Çen In və Donald Trampın razılaşmaları yerinə yetiriləcəkdir" deyə o qeyd edib.

Qeyd edək ki, KXDR-in xüsusi elçisi Kim Myung-Gil və ABŞ-ın rəhbərlik etdiyi KXDR nümayəndə heyətinin şənbə günü Stokholmda Hanoyadakı fevral sammitindən bəri ilk dəfə rəsmi işçi danışıqlarına başlayıblar. ABŞ nümayəndə heyətinə ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Bigan rəhbərlik edir.