İmam Hüseyn niyə karvanı ilə Mədinədən Yəmənə getmədi?


Digərləri 05 Okt 2019 21:10:00 302 0

İmam Hüseyn niyə karvanı ilə Mədinədən Yəmənə getmədi?

İbni Tavus, İmam Hüseynin (ə) qiyamı barədə İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) belə buyurub: "Muhəmməd Hənəfiyyə, İmamın Məkkədə olub, İraqa yola düşəcəyi gecədə onun hüzuruna gəlir və deyir: "Ey qardaşım! Sən Kufə əhlinin atamıza və qardaşımıza vəfasızlığını bilirsən. Mən nigaranam ki, sənə də eyni cürünü etsinlər. Əgər Məkkədə qalsan, sən ən əziz insan olarsan".

İmam (ə) buyurur: "Qardaşım! Mən ondan qorxuram ki, Yezid qanımı hərəmdə tökər və bu səbəbdən bu yerin hörməti aradan gedər".

Muhəmməd deyir: "Əgər bu cəhətdən nigaransansa, Yəmənə və ya tanınmamış diyarlara köç ki, sən orada qorunmuş olarsan. Heç kəsin sənə əli çatmaz".

İmam (ə) buyurur: "Bu haqda düşünürəm".

Ancaq səhər açılan kimi İmamı (ə) yola hazırlaşan halda görürlər və Muhəmməd özünü İmama (ə) çatdırır və dəvəsinin yüyənindən tutub deyir: "Qardaşım! Məgər demədinmi ki, bu haqda düşünəcəkdən?".

İmam (ə) buyurur: "Bəli".

Muhəmməd: "Bəs nə oldu ki, belə tələsik yola düzəlirsən?".

(adsgarden = window.adsgarden || []).push({});