Antibiotiklərə davamli bakteriyalarin yeni yaranma üsulu aşkarlanib


Digərləri 05 Okt 2019 19:35:00 300 0

Antibiotiklərə davamli bakteriyalarin yeni yaranma üsulu aşkarlanib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərə davamlı bakteriyaları bəşəriyyətin qarşısında duran ciddi təhlükələr siyahısına daxil edib. Bu gün antibiotiklərə davamlılıq ildə təxminən 700 min nəfərin ölümünə səbəb olur. Bu zaman çoxlu sayda yoluxucu xəstəliyin, o cümlədən pnevmoniya, vərəm və süzənək xəstəliklərinin müalicəsini çətinləşdirir.

Son.az xpressa.net-ə istinadən bildirir ki, bütün dünyada antibiotiklərdən geniş istifadə əsasən davamlı bakteriyaların meydana çıxması ilə əlaqəlidir. Hal-hazırda bu cür bakteriyalar sağlamlığa ən ciddi təhlükələrdən biri hesab edilir.  Alimlərin "Nature" jurnalında dərc edilən yeni araşdırması bakteriyaların antibiotiklərə davamlılıq əldə etmək üçün istifadə etdiyi, az tanınan metoddan bəhs edir. Alimlər göstərib ki, bakteriyalar antibiotiklərin təsirindən qaçmaq üçün insan orqanizmində "forma dəyişə" bilirlər. Bu prosesin genetik dəyişikliyə ehtiyacı yoxdur. O, bakteriyaların artmasına səbəb olur.

Demək olar bütün bakteriyalar hüceyrə divarı adlanan strukturla əhatələnib. Divar bakteriyanı xarici təsirdən müdafiə edən qalın qılafa oxşayır. Divar həmçinin bakteriyalara düzgün forma verir, onların effektiv şəkildə bölünməsinə kömək edir. İnsan hücerlərinin isə bu cür "qılafı" yoxdur. Buna görə immun sistemi təhlükəli bakteriyaları asanlıqla tanıyır. Onların hüceyrə divarı qalan hüceyrələrdən fərqlənir. Eyni səbəbdən hüceyrə divarı tez-tez istifadə edilən anibiotiklər, məsələn, penisilin üçün hədəfdir. Beləliklə, işi qılaflı bakteriya axtarışı olan antibiotiklər insana heç bir zərər vurmadan bakteriyaları öldürə bilər.

Bununla belə, alimlərə hüceyrə divarı olmadan sağ qala bilən bakteriyalar məlumdur. Əgər bakteriyanı əhatə edən mühit onu aqressiv təsirdən müdafiə edə bilirsə, onda bakteriyalar "L-formalara", yəni hüceyrə divarı olmayan bakteriyalara çevrilə bilirlər. Onlar çox vaxt həssaslaşıb, formalarını itirirlər. Lakin eyni zamanda bu cür bakteriyalar immun sistemi tərəfindən qismən görünməz, antibiotiklərə tam davamlı olurlar. Alimlər çoxdan şübhələnirdilər ki, bakteriyalarda forma dəyişikliyi residivist infeksiyalara səbəb ola, bakteriyalara immun sistemindən gizlənməyə və antibiotiklərə müqavimət göstərməyə kömək edə bilər. Amma "L-forma"nın ələkeçməz təbiətinə və aşkarlayıcı metod çatışmazlığına görə bu nəzəriyyə ilə bağlı sübut tapmaq çox çətin idi.

(adsgarden = window.adsgarden || []).push({});