Bakıda mobil telefon oğruları tutuldu


Digərləri 05 Okt 2019 19:14:00 305 0

Bakıda mobil telefon oğruları tutuldu

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Son.az Trend-ə istinadən bildirir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü və 36-cı polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda beş avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri M.Məmmədov və R.Tağıyev saxlanılıblar.