Bakıda mobil telefon oğruları tutuldu


Digərləri 05 Okt 2019 18:00:00 244 0

Bakıda mobil telefon oğruları tutuldu

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Bakı. Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü və 36-cı polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda beş avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri M.Məmmədov və R.Tağıyev saxlanılıblar.