Almaniyadan Türkiyəyə gözlənilməz dəstək


Dünya 05 Okt 2019 17:28:00 265 0

Almaniyadan Türkiyəyə gözlənilməz dəstək

"Biz Türkiyəyə hər zaman istənilən məsələdə dəstək olmağa hazırıq".

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Ankarada Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ilə görüşü zamanı Almaniya Daxili İşlər naziri Horst Zeehofer bildirib.

Alman nazir ötən gün Avropa Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşları üzrə komissarı Dimitris Avramopoulosla birgə Türkiyəyə səfərə gəlib.

"Bu səfər Türkiyə ilə Avropa İttifaqı arasında olan qaçqınlarla bağlı razılaşmanı gücləndirəcək. Biz Türkiyəni hər zaman istənilən məsələdə dəstəkləməyə hazırıq. Qaçqın məsələsi tək bir ölkənin həll edə biləcəyi məsələ deyil" - deyə Zeehofer qeyd edib.