Qalina Niyazova: Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər


Digərləri 05 Okt 2019 16:15:54 248 0

Qalina Niyazova: Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər

Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər.

Bakı. Mətanət Nəsibova- Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər. Bunu Trend-ə rusiyalı ekspert, siyasi elmlər namizədi Qalina Niyazova deyib. Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında rus dilinin tədrisinə daha çox diqqət ayıran ölkədir: “Azərbaycanda rus dilinin tədrisi ilə bağlı statistika da bu fikri təsdiq edir. Azərbaycanda 300-dən artıq orta məktəbdə rus dili öyrədilir, eləcə də ali təhsil müəssisələrində rus dilində təhsil mövcuddur. Bu, çox yüksək göstəricidir və Rusiyada çox müsbət qarşılanır. Qeyd etməliyəm ki, ildən-ilə Rusiyanin ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrin sayı artır”. Q.Niyazova daha sonra əlavə edib ki, “Əsrin müqaviləsi” sayəsində Azərbaycan zəngin təbii ehtiyatları, keçmiş ittifaq respublikaları arasında daha çox inkişaf edib: “Danılmaz faktdır ki, bu gün Azərbaycanın işrtirakı olmadan regionda nə enerji, nə nəqliyyat, ümumiyyətlə heç bir layihənin icrası mümkün deyil”. Ekspertin sözlərinə görə, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər artıq uzun onilliklərdir ki, dinamik inkişaf edir. Bu, həm dövlətlər, həm də xalqlar səviyyəsindədir.