Qəbələdə iki maşın toqquşdu - Ölən var


Digərləri 05 Okt 2019 15:53:15 269 0

Qəbələdə iki maşın toqquşdu - Ölən var

Qəbələ rayonunun Zərgərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Qəbələ rayonunun Zərgərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 4-də saat 12 radələrində Qəbələ rayonunun Zərgərli kəndi ərazisində Uludaş kənd sakini A.Sədullayevin idarə etdiyi “Ford” və Oğuz rayon sakini F.Məmmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə F.Məmmədovun həmyerlisi olan 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ziyafət Məmmədova orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.