Tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş keçirilib (FOTO)


Digərləri 05 Okt 2019 15:21:00 235 0

Tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş keçirilib (FOTO)

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Gənclər Fondu tərəfindən təhsil xərcləri maliyyələşdirilmiş gənclərlə 4 oktyabr tarixində Bakı Konqres Mərkəzində görüş keçirilib.

Bakı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Gənclər Fondu tərəfindən təhsil xərcləri maliyyələşdirilmiş gənclərlə 4 oktyabr tarixində Bakı Konqres Mərkəzində görüş keçirilib. Gənclər Fondundan Trend-ə bildirilib ki, görüşdə müsabiqədə qalib olan gənclər, onların valideynləri, dövlət rəsmiləri, Milli Məclisin üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev qalib gəncləri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıblar. Çıxış edənlər vurğuladılar ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, dövlətinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, gənclərə dövlət qayğısı, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir. Bu istiqamətdə cənab Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, gənclər üçün son illərdə çoxsaylı imkanlar yaradılmış, sosial həssas kateqoriyalardan olan, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi və digər addımlar atılmaqdadır.