Beyləqanda yol qəzasında 1 yaşlı qız öldü


Digərləri 05 Okt 2019 15:12:00 247 0

Beyləqanda yol qəzasında 1 yaşlı qız öldü

Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 4-də saat 18 radələrində Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində Beyləqan şəhər sakini R.Şahkərəmlinin idarə etdiyi “Mercedes” və Yeni Mil qəsəbə sakini A.Məhərrəmovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun orada ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.