“Mənə dedilər ki, səndən adam olmayacaq”


Şou-biznes 05 Okt 2019 11:39:00 293 0

“Mənə dedilər ki, səndən adam olmayacaq”

ARB TV-nin "Faydalı saat" verilişinin növbəti qonağı tanınmış reper Ramil Nabran olub. Son.az xəbər verir ki, reper necə Ramil Nabran kimi tanınmağından danışıb: "2005-ci ildə Ramin adı ilə sənətə gəldim. Mahnının adı Nabran idi. Çünki mən neçə il yayda Nabranda qaldım və orada olanları oxumuşam. Mahnı uğur qazandı və elə də adım qaldı Ramil Nabran. Millət verdi o adı mənə, özüm özümə qoymadım". Ramil Nabran daha sonra məktəbdə pis oxumasından da danışıb: "Məktəbdə pis oxuyurdum, 8-ci sinifə kimi oxudum. Sonra mənə dedilər ki, get bala səndən adam olmayacaq. Yaxşı ki, o sözü mənə dedilər. Ali təhsilim yoxdur. 8 sinif bitirdim, amma 800 min insanın ürəyinə yol tapmışam. Həyat məktəbi başqadır".

Son.az 

(adsgarden = window.adsgarden || []).push({});