Bilal Əliyev kəndə gedəcəyini dedi, aeroportda görüntüləndi


Şou-biznes 05 Okt 2019 10:37:00 310 0

Bilal Əliyev kəndə gedəcəyini dedi, aeroportda görüntüləndi

Xalq artisti Bilal Əliyevin ATV-nin efirində yalan danışdığı iddia edilib. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, müğənni "Maşın"ın dünənki buraxılışında atasının xahişi ilə şoudan getmək istəyini bildirib və əlini avtomobildən çəkib. 

B. Əliyev 87 yaşlı atasının yaşadığı kəndə gedəcəyini vurğulayıb. Lakin realiti proqramdan sonra sənətçi hava limanında görüntülənib. 

Sosial şəbəkələrdə yayılan videodan məlum olur ki, müğənni xarici ölkəyə getmək üçün aeroporta üz tutub.

(adsgarden = window.adsgarden || []).push({});