Nazir: "Müəllim daim bilik və bacarıqlarını təkmilləşdirməlidir"


Digərləri 05 Okt 2019 10:00:00 283 0

Nazir: "Müəllim daim bilik və bacarıqlarını təkmilləşdirməlidir"

Sevindirici haldır ki, pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə ünvanladığı təbrik məktubunda qeyd edib.

Nazir bildirib ki, son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən davamlı tədbirlər bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olub:

"Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir. Gündəlik həyatımızda hər bir uğurun, inkişafın təməlində məhz müəllim dayanır.

Bu gün bütün dünyada qeyd olunan 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü cəmiyyətin memarları olan insanların böyük zəhmətini və dəyərli fəaliyyətini vurğulamaq üçün bir imkandır.