Nazir: Müəllim daim bilik və bacarıqlarını təkmilləşdirməlidir


Digərləri 05 Okt 2019 09:26:00 258 0

Nazir: Müəllim daim bilik və bacarıqlarını təkmilləşdirməlidir

Sevindirici haldır ki, pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır.

Bakı. İlhamə İsabalayeva - Sevindirici haldır ki, pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır. Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə ünvanladığı təbrik məktubunda qeyd edib. Nazir bildirib ki, son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən davamlı tədbirlər bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olub: "Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir. Gündəlik həyatımızda hər bir uğurun, inkişafın təməlində məhz müəllim dayanır.