Türkiyədə 130-dan çox qanunsuz miqrant saxlanılıb


Digərləri 05 Okt 2019 08:22:36 218 0

Türkiyədə 130-dan çox qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətinin sahilində qanunsuz miqrantların olduğu qayıqlar saxlanılıb

Bakı. Türkiyənin İzmir vilayətinin sahilində qanunsuz miqrantların olduğu qayıqlar saxlanılıb. Trend-in məlumatına görə, qayıqların içərisində 132 miqrant olub. Qanunsuz miqrantlar sahil mühafizəçiləri tərəfindən Seferihisar və Çeşmə rayonlarında saxlanılıb. Onların hamısı Konqo, Orta Afrika, Somali, Suriya, Fələstin və Əfqanıstandan olan gəlmələrdir.