“WiFi” siqnalları divar arxasındakı adamı müəyyənləşdirib VİDEO


Digərləri 05 Okt 2019 08:11:00 230 0

“WiFi” siqnalları divar arxasındakı adamı müəyyənləşdirib  VİDEO

Kaliforniya Universitetinin mühəndisləri "Wi-Fi" siqnalları vasitəsilə müxtəlif maneələr, o cümlədən divar arxasında olan insanın şəxsiyyətini identifikasiya etməyə imkan verən texnologiya hazırlayıblar. Tədqiqat universitetin saytında dərc edilib.   Son.az ictnews.az-a istinadən bildirir ki, "XModal-ID" adlı metod bir-birindən uzaq iki "Wi-Fi" siqnalı ötürücüsündən, eləcə də insanın hərəkətlərinin əks olunduğu videoyazılardan istifadəni nəzərdə tutur. Videoçarx vasitəsilə insanın üçölçülü modeli tərtib olunduqdan sonra bu məlumatlar ondan "Wi-Fi" siqnallarının əks edilməsinin modelləşdirilməsi üçün istifadə olunur.   Eksperiment zamanı metod səkkiz könüllünün üzərində sınaqdan keçirilib. "XModal-ID" sistemi ümumilikdə divar arxasında olan insanların 84 faizini düzgün müəyyənləşdirib. "XModal-ID" alqoritmlərinin kompüter təlimi əsasında işləməsinə görə gələcəkdə identifikasiya prosesinin tədricən artacağı gözlənilir.   Texnologiyanın köməyi ilə hüquq-mühafizə orqanları insanı hərəkətlərinə görə identifikasiya edə biləcəklər. Məsələn, insan müşahidə kameralarına düşərək sifəti görünməz olanda qanun keşikçiləri onun şəxsiyyətini məhz bu sistem vasitəsilə müəyyənləşdirəcəklər.  Son.az

(adsgarden = window.adsgarden || []).push({});