İki ekranla təchiz edilən “Microsoft Surface Duo” smartfonu təqdim edilib VİDEO


Digərləri 05 Okt 2019 07:51:00 232 0

İki ekranla təchiz edilən “Microsoft Surface Duo” smartfonu təqdim edilib  VİDEO

"Microsoft" korporasiyası qatlanan iki ekranla təchiz edilən "Surface Duo" adlı yeni smartfon nümayiş etdirib.   Son.az ictnews.az-a istinadən bildirir ki, açıq vəziyyətdə 8,3 düymlük planşetə çevrilən yeni qurğunun ekranının hər biri 5,6 düym diaqonallıdır.   Məlumata görə, smartfon mövcud formaya uyğunlaşan "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Tərəflərdən biri 360 dərəcə dönür ki, bu da istifadəçiyə müstəqil şəkildə rahat mövqe seçməyə imkan verir.   "Microsoft Surface Duo" modeli birkristallı "Snapdragon 855" sistemi ilə təchiz edilib. Qurğunun digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.     Smartfonun 2020-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir. Son.az

(adsgarden = window.adsgarden || []).push({});