ABŞ gəmi əleyhinə raketi sınaqdan keçirib
Dünya 04 Okt 2019 23:58:00 384 0
ABŞ Hərbi Dəniz Qüvvələri Quam adasının sahil sularında NSM gəmi əleyhinə raketi uğurla sınaqdan keçirib.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanmasının bəyanatında bildirilib.
Bəyanatda deyilir: "ABŞ Donanmasının Independence sinifindən olan sahil döyüş gəmisi "Gabrielle Giffords" oktyabrın 1-də "Pacific Griffin" təlimləri zamanı NSM raketin imkanlarını uğurla nümayiş etdirib".
Bildirilir ki, bu, Hind-Sakit okean bölgəsində belə bir raketin ilk buraxılışıdır.
Mənbə: milli.az