Abşeronda dəhşət - Əmisini öldürdü, izi itirmək üçün mənzilə od vurdu


Digərləri 04 Okt 2019 23:20:00 367 0

Abşeronda dəhşət - Əmisini öldürdü, izi itirmək üçün mənzilə od vurdu

Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürüb evini yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürüb evini yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı oktyabrın 11-nə təyin edilib. İttihama görə, bu il martın 8-də Abşeron rayonu "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanındakı mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb. Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub. Hadisəni törədən şəxs saxlanılıb. O cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.