"Uşağın immunitetini gücləndirəcək super tabletka dünyada yoxdur" Həkimdən valideynlərə ÇAĞIRIŞ


Digərləri 04 Okt 2019 23:15:00 460 0

"Uşağın immunitetini gücləndirəcək super tabletka dünyada yoxdur"  Həkimdən valideynlərə ÇAĞIRIŞ

Övladı məktəb və bağçada tez-tez xəstələnən validyenlər ya həkimə qaçaraq ondan immunitet dərmanı tələb edir, ya da özü aptekə gedərək kimlərinsə tövsiyyəsi ilə gözünə xoş dəyən dərman və vitaminləri alıb uşağa ovuc-ovuc verir.

Möcüzə dərmanlardan supet təsir gözləyən anaların xəyallarını qırmağa məcburuq.

Son.az medicina.az-a istinadən bildirir ki, uşaq infeksionisti, pediatr Həmid Hacıağayevin qəbulda uşaqları üçün immunitet möhkəmləndirən müalicə tələb edən valideynlərə maarifləndirici müraciətini təqdim edir.

"Bu mövzuda dəfələrlə danışmışam, yazmışam, lakin müraciətlərinizdən görünür ki, bunu təkrar etməliyəm.

"Doktor, bizim uşağımıza immunitetini gücləndirmək üçün müalicə yazın". "Doktor, heç olmasa vitaminlər filan təyin edin". Qəbuluma ilk dəfə gələn valideynlərin müraciətlərinin çoxu bu şəkildə olur. 

Mənim əzizlərim, mən o cür dərmanlar təyin etmirəm. Çünki bütün dünyada elə bir dərman yoxdur. Siz doğrudan da düşünürsünüz ki, möcüzəvi dərman var, həkim onu sizdən gizlədir? Yaxud həkimin heç o cür dərmandan xəbəri yoxdur? Vitaminlərə gəldikdə isə onlar yalnız orqanizmdə az olduğu zaman təyin edilirlər. Bunu isə anamnezə (simptom və kliniki təzahürlərə) və laborator müayinələrin cavabına uyğun olaraq təyin edirik.

İmmunitet keçirilmiş yoluxucu xəstəliklərin fonunda əmələ gəlir. Təbii ki, uşaq körpə ikən və xəstə uşaqlarla, ümumiyyətlə insanlarla təmasda olmadığı müddətcə daha az xəstələnir. Bağça və məktəbə getməyə başlayandan sonra daha da çox xəstələnəcək. Və bu, NORMALDIR.

(adsgarden = window.adsgarden || []).push({});