Bu xəstəlik iki fəsil təkrarlanır DİQQƏTLİ OLUN!


Digərləri 04 Okt 2019 22:25:00 286 0

Bu xəstəlik iki fəsil təkrarlanır  DİQQƏTLİ OLUN!

LOR-həkiminə müraciət etdikdə xəstələr "sinusit" diaqnozuna tez-tez rast gəlirlər. Sinusit nədir? 

Tibbi ədəbiyyata müraciət etdikdə görürük ki, burun və burunətrafı ciblərin iltihabına sinusit deyilir.

Son.az medicina.az-a istinadən bildirir ki, ümumiyyətlə, kəllənin sümüklərində altı burunətrafı cib vardır: alın sümüklərində iki, sağ və sol (iltihabına frontit deyilir), iki üst çənə, sol və sağ (iltihabına haymorit deyilir), bir xəlbir sümüyündə (iltihabına etmoidit deyilir) və sonuncu əsas sümükdə olan cibdir (iltihabına sfenoidit deyilir). Xəstələrdə rastgəlmə dərəcəsinə görə yerləşdirsək birinci haymorit, sonra frontit, etmoidit və sonda sfenoidit gəlir.

Sinusitin əsas səbəbləri.

Ümumiyyətlə, sinusitlər qış aylarının ənənəvi xəstəliklərindəndir və ən çox qripdən sonra ağırlaşmalar zamanı meydana gəlir. Burun, alın, gicgah və göz ətrafındakı içi hava ilə dolu boşluqlar (sinuslar) kanallarla buruna açılır, kanalların içindən isə burun seliyi (mukozası) keçir. Mukozanın ifraz etdiyi selik burunun içinə daxil olaraq tənəffüs yollarının isidilməsi və nəmli qalmasını təmin edir. Nəfəsalma problemi ilə üzləşənlər, burun çəpəri əyriliyi olanlar, burun sümüyü zədəsi alanlar sinusitə daha tez tutulurlar. Soyuqdəymə və allergiyası olanlar da sinusitdən əziyyət çəkirlər.   Sinusitin növləri və əlamətləri.

(adsgarden = window.adsgarden || []).push({});