İran səfiri Rusiya XİNə çağırıldı


Digərləri 04 Okt 2019 20:24:00 287 0

İran səfiri Rusiya XİNə çağırıldı

İran səfiri Mehdi Sənai Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki,bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bu, rusiyalı jurnalist Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədardır.

"Elə indicə agentliklərə məlumat verdim ki, Rusiya vətəndaşı Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədar İran səfiri hadisənin başvermə səbəblərini operativ şəkildə aydınlaşdırmaq və rusiyalı qadının hüquqlarını təmin etmək məqsədilə Xarici İşlər Nazirliyinə çağırılıb", - M.Zaxarov yazıb.