Ukraynalı tələbələr arasında Azərbaycanla bağlı müsabiqəyə start verilib (FOTO)


Digərləri 04 Okt 2019 19:39:21 239 0

Ukraynalı tələbələr arasında Azərbaycanla bağlı müsabiqəyə start verilib (FOTO)

“Odlar Yurdu- Azərbaycan” adlı təqdimat keçirilib.

Bakı. “İslahatçı Gənclər” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Ukraynanın Tavrida Milli Universiteti və Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində tələbələr üçün “Odlar Yurdu- Azərbaycan” adlı təqdimat keçirilib. İctimai Birlikdən Trend-ə verilən məlumata görə, ümumilikdə 100-dən artıq ukraynalı tələbənin qatıldığı təqdimatlarda da Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, ölkəmizin müasir inkişaf modeli haqqında məlumatlar verilib, ölkəmizlə bağlı maraqlı video-çarxlar nümayiş olunub. Birliyin sədri Fərid Şahbazlı tələbələrlə görüşündə Azərbaycanla Ukrayna arasında tarixi dostluq və strateji tərəfdaşlıq əlaqlərinə diqqət çəkərək, iki ölkənin bütün beynəlxalq platformalarda bir birini dəstəklədiyini dilə gətirib. O qeyd edib ki, Ukrayna da Azərbaycan kimi işğaldan əziyyət çəkir və bu problemin tezliklə həlli prosesinə iki ölkənin gəncləri də töhfə verməlidirlər. Fərid Şahbazlı Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edərək, Azərbaycanla Ukrayna arasında gənclər və tələbələrlə iş sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib.