Qarabağ qaziləri çirkin siyasi məqsəd güdən qüvvələrə səsləndi:


Digərləri 04 Okt 2019 17:39:00 312 0

Qarabağ qaziləri çirkin siyasi məqsəd güdən qüvvələrə səsləndi:

Bu gün Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak edən Qarabağ qazilərinin mətbuat konfransı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, mətbuat konfransında Qarabağ qaziləri bu məsələdən öz siyasi məqsədləri üçün istifadə etmək istəyənlərə öz etirazlarını bildiriblər.

Qarabağ qazisi Lazım Mehdiyev qeyd edib ki, bu yolla Qarabağ qazilərini də gözdən salmaq istəyirlər: "Bizim heç bir şeydən narazılığımız yoxdur. Baş verən hadisə də adi bir münaqişədir. Bəzi qüvvələr isə bu məsələni siyasiləşdirərək öz çirkin məqsədləri üçün istifadə edirlər".

Digər Qarabağ qazisi Dilavər Həsənov da həmin qüvvələrə öz etirazını bildirib.

O qeyd edib ki, dövlət Qarabağ qazilərinə lazımi qayğı göstərir: "Biz hər zaman bu dövlətdən razı olmuşuq. Bizə dövlət hər sahədə dəstək olub. Azərbaycanda əlillər üçün hər cür şərait yaradılıb".

Qarabağ qazisi Əhməd Sultanəhmədov də dövləti dəstəklədiklərini diqqətə çatdırıb: "Bizim hökumətimizi istəməyənlər bizim düşmənlərimizdir".