Türkanda “Mercedes” elektrik dirəyinə çırpılıb


Digərləri 04 Okt 2019 16:49:00 323 0

Türkanda “Mercedes” elektrik dirəyinə çırpılıb

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində qəsəbə sakini Yengibar Nəsirov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.