Bank Respublika ən şəffaf bank seçildi


Digərləri 04 Okt 2019 15:30:00 261 0

Bank Respublika ən şəffaf bank seçildi

"Bank Respublika" mikromaliyyə sektorunda nümayiş etdirdiyi şəffaflığa görə, mükafata layiq görülüb. 

Bu gün Bakıda "Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf " mövzusunda 6-cı İnvestorlar Yarmarkası işə başlayıb.

Tədbir çərçivəsində mikromaliyyə sektorunda informasiya xidmətlərinin aparıcı təchizatçısı "Microfinance Information Exchange" (MIX), "Bank Respublika"nı şəffaflıq prinsiplərinə tam əməl etdiyinə görə yenidən "Dörd Brilyant" mükafatına layiq gördü.