9 ayda "Azərişıq" ASC-yə 3359 sahibkar müraciət edib


Digərləri 04 Okt 2019 15:26:00 246 0

9 ayda "Azərişıq" ASC-yə 3359 sahibkar müraciət edib

Bu ilin doqquz ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 3359 sahibkar müraciət edib.

Bakı. Samir Əli - Trend. Bu ilin doqquz ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 3359 sahibkar müraciət edib. Trend-in məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə İş və Elektron İdarəetmə departamentinin direktoru Elsəvər Rüstəmli bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə daha çoxdur.