Yəhudi uşaq müsəlmanın ayağını öpür


Dünya 04 Okt 2019 13:19:00 238 0

Yəhudi uşaq müsəlmanın ayağını öpür

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə yəhudi əsilli yeniyetmənin zorla müsəlmanın ayağını öpməsi əks olunub.

Kadrlar Avstraliyada, Melburndakı məktəblərdən birinin yaxınlığında çəkilib. Adı mətbuata açıqlanmayan 12 yaşlı oğlan evə gedən kimi başına gələnləri anasına danışıb.

Uşaq anası ilə söhbət edərkən bildirib ki, əgər, oğlanın ayağını öpməsə, onu döyəcəklərmiş. O, bu hərəkətinə görə anasından və yəhudilərdən üzr istəyib.

"Ana, istəsən məni sevməyə, qəbul etməyə bilərsən. Başa düşürəm ki, düzgün hərəkət etməmişəm. Mən lazımsız biriyəm, yəhudilərin üz qarasıyam", - deyə uşaq anasına söyləyib.

Təzyiqlərə məruz qalan 12 yaşlı oğlanın anası mətbuata açıqlaması zamanı bildirib ki, Avstraliyada yaşayan yəhudilər əksər hallarda ələ salınıb, alçaldılırlar.

(adsgarden = window.adsgarden || []).push({});