Bakıda çoxmərtəbəli binadakı yanğında iki nəfər zəhərləndi - Biri yeniyetmədir


Digərləri 04 Okt 2019 09:55:00 265 0

Bakıda çoxmərtəbəli binadakı yanğında iki nəfər zəhərləndi - Biri yeniyetmədir

Ötən gün axşam saatlarında Bakıda yaşayış binasında baş verən yanğında iki nəfər zəhərlənərək xəstəxanaya çatdırılıb.

Bakı. Ceyhun Ələkbərov - Ötən gün axşam saatlarında Bakıda yaşayış binasında baş verən yanğında iki nəfər zəhərlənərək xəstəxanaya çatdırılıb. Trend-in məlumatına görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində qeydə alınan yanğın zamanı iki nəfər bina sakini, 1974-cü il təvəllüdlü İmanova Rühəngiz Kərəm qızı və 2004-cü il təvəllüdlü Umudova Hüsniyyə Azər qızı zəhərlənərək 1 saylı Kliniki Mərkəzin toksikologiya şöbəsinə yerləşdiriliblər. Şöbədən Trend-ə verilən məlumata görə, hər iki şəxsə dəm qazından yüngül zəhərlənmə diaqnozu qoyulub. Bildirilib ki, xəstələrin səhhətində ciddi problem olmadığından onlar ambulator müalicəyə yola salınıblar.