Dmitri Medvedev Kubada Raul Kastro ilə görüşüb


Dünya 04 Okt 2019 08:20:00 305 0

Dmitri Medvedev Kubada Raul Kastro ilə görüşüb

Kubaya səfər edən Rusiyanın Baş naziri Dmitri Medvedev, bu ölkənin kommunist partiyasının mərkəzi komitəsinin birinci katibi Raul Kastro ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda həmçinin Baş Nazirinin müavini Yuri Borisov iştirak edib. Rusiya hökumətinin başçısı Kubaya iki günlük səfərə gəlib. Artıq Kuba dövlət şurasının və Nazirlər şurasının sədri Migel Diaz Kanel ilə danışıqlar aparıb. Bu danışıqların nəticəsi olaraq bir sıra Rusiya-Kuba müqavilələri imzalanmışdır.