ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb


Digərləri 04 Okt 2019 00:45:24 395 0

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb

ABŞ-ın Miçiqan ştatında yüngül tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb və daha üç nəfər isə ağır yaralanıb

Bakı, ABŞ-ın Miçiqan ştatında yüngül tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb və daha üç nəfər isə ağır yaralanıb. Trend-in məlumatına görə, cümə axşamı səhər Miçiqan inzibati mərkəzinin şimalında təyyarədə olan iki pilot və dörd sərnişin qəzaya uğrayıblar. Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi idarəsi hadisənin araşdırılmasına başlayıblar.