Azərbaycan nefti ucuzlaşır


Digərləri 03 Okt 2019 23:53:30 449 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 60,38 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 60,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,06 dollar/barel azdır.