“Android” yeni funksiyasını istifadəçilərə təqdim edib


Digərləri 03 Okt 2019 22:50:00 240 0

“Android” yeni funksiyasını istifadəçilərə təqdim edib

"Android" sistemli smartfonlarda "Google Play"dəki bütün abunəliklərin sıfırlanması funksiyası işə salınıb.

Son.az techland.az-a istinadən bildirir ki, bu funksiya istifadəçiyə beta-test rejimində olan bütün proqramları eyni vaxtda söndürmək, "istək siyahısı"nı silmək, yeni proqramların və ya oyunların çıxışı barədə bildirişləri ləğv etmək imkanı verir.

Funksiyadan istifadə etmək üçün istifadəçi telefonun ümumi parametrlər bölməsinə keçməli və müvafiq bəndi seçməlidir.

Nəşr qeyd edib ki, bu funksiya qadjetlərin işindəki problemlərin dəqiq səbəbi bilinməsə də, onları həll etməyə imkan yaradacaq.

(adsgarden = window.adsgarden || []).push({});